"Heydər" məscidində Xocalı qurbanları anılıb

"Heydər" məscidində Xocalı qurbanları anılıb Xütbədə Xocalı hadisəsinin dəhşətindən söz açılıb
Din
24 Fevral , 2017 16:04
Heydər məscidində Xocalı qurbanları anılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakıdakı "Heydər" məscidində Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilib.

Məscidin axundu Rüfət Qarayev "Report"a bildirib ki, cümə xütbəsinin ikinci hissəsi Xocalı soyqırımında faciəli şəkildə həlak olanlara həsr olunub.

Faciədə dünyasını dəyişənlərin xatirəsi anılıb, ruhlarına dualar olunub. Xütbədə Xocalı hadisəsinin dəhşətindən söz açılıb. Uşaqlara, qadınlara belə rəhm edilmədiyi vurğulanıb. Qeyd olunub ki, Xocalı dünyada bənzəri az olan faciələrdən biridir. Namazda Xocalıda dünyasını dəyişənlərə Allahdan rəhmət dilənilib.

Son xəbərlər

Orphus sistemi