Yuxarı

​"Heydər" məscidində Ankara terrorunda həlak olan şəxslər anılıb

Günorta və axşam namazlarında ölənlərin ruhuna dualar edilib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidində bu il martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror faciəsi nəticəsində həlak olan şəxslər anılıb.

Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.

O bildirib ki, qılınan namazlarda faciədə ölənlərin ruhuna dualar edilib: "Martın 15-də "Heydər" məscidində qılınan günorta və axşam namazlarında Ankarada baş verən terror aktı nəticəsində həlak olanların ruhuna dualar edildi, Allahdan rəhmət dilənildi".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi