​"Heydər" məscidində Ankara terrorunda həlak olan şəxslər anılıb

​"Heydər" məscidində Ankara terrorunda həlak olan şəxslər anılıb Günorta və axşam namazlarında ölənlərin ruhuna dualar edilib
Din
16 Mart , 2016 12:58
​Heydər məscidində Ankara terrorunda həlak olan şəxslər anılıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidində bu il martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror faciəsi nəticəsində həlak olan şəxslər anılıb.

Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.

O bildirib ki, qılınan namazlarda faciədə ölənlərin ruhuna dualar edilib: "Martın 15-də "Heydər" məscidində qılınan günorta və axşam namazlarında Ankarada baş verən terror aktı nəticəsində həlak olanların ruhuna dualar edildi, Allahdan rəhmət dilənildi".  

Son xəbərlər

Orphus sistemi