Yuxarı

​"Heydər" məscidində 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunacaq

Soyqırıma həsr olunmuş moizə oxunacaq

Bakı. 30 mart. REPORT.AZ/ Aprelin 1-də "Heydər" məscidində qılınacaq cümə namazında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xatırlanacaq, soyqırım qurbanlarının ruhuna dualar oxunacaq.

Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, cümə günü məsciddə qılınacaq növbəti vəhdət namazı əsnasında 31 mart hadisələrinə həsr olunmuş moizə oxunacaq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları qurbanlarına Allahdan rəhmət diləniləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi