M.Qurbanlı: Heydər Məscidi üslub və dizaynına görə analoqu olmayan məsciddir

M.Qurbanlı: Heydər Məscidi üslub və dizaynına görə analoqu olmayan məsciddir "Məscidin açılışı Azərbaycanda dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir"
Din
26 Dekabr , 2014 12:37
M.Qurbanlı: Heydər Məscidi üslub və dizaynına görə analoqu olmayan məsciddir

Bakı. 26 dekabr. REPORT.AZ/ Heydər Məscidi üslub və dizaynına görə analoqu olmayan yeganə məsciddir. “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Dəmir Yolları İdarəsində “Milli Mənəvi Dəyərlər və Müasirlik” mövzusunda keçirilən konfransda deyib. 

Komitə sədri bildirib ki, bu gün Binəqədi rayonunda Heydər Məscidini prezident İlham Əliyev ziyarət edib. “Heydər məscidinin açılışı Azərbaycanda dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir”. 

M.Qurbanlı qeyd edib ki, Heydər məscidi üslub və dizaynına görə son 10 ildə dünyada tikilən məscidlər arasında analoqu olmayan yeganə məsciddir. "Dünyanın demək olar ki, elə ölkəsi yoxdur ki, orada müsəlman yaşamasın. İslamı dövlət dini kimi qəbul edən 30-a yaxın ölkə var, amma müsəlmanların icma şəklində yaşadığı ölkələrin sayı 120-yə qədərdir. Son illər ərzində nə müsəlman ölkələrində, nə də qeyri müsəlman ölkələrində Heydər Məscidinin üslubunda məscid tikilməyib”.

Son xəbərlər

Orphus sistemi