Yuxarı

​"Heydər" məscidi gündəlik ibadətə açılıb

Məsciddə cümə namazlarına öndərliyi QMİ-nin qaziləri və səlahiyyətli nümayəndələri edəcəklər

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi gündəlik ibadət üçün açılıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli  məlumat verib.

Onun sözlərinə görə, məsciddə gündəlik namazlar qılınır. Şiə əhlinin qıldığı namaza Bakı İslam Universitetinin məzunu Hacı Rüfət Qarayev axundluq edir. Sünni camaatına isə Hacı Hafiz Abbasov imamlıq edir.

S.Həsənli onu da bildirib ki, qılınan cümə namazlarına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qaziləri və səlahiyyətləri nümayəndələri növbə ilə öndərlik edəcəklər.

Qeyd edək ki, İslam dünyasında qadınlar məscidlərdə onlar üçün ayrılmış yerdən kişilərin namaz qılmasını izləyir, imam və ya axundun hərəkətlərinə uyğun namazlarını qılırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi