"Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib

"Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib Bakı. 1 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Heydər Əliyev və milli-mənəvi dəyərlər mövzusunda konfrans keçirilib.
Din
1 May , 2018 13:08
Heydər Əliyev və milli-mənəvi dəyərlər mövzusunda konfrans keçirilib
Report/ Firi Salim

Bakı. 1 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib. 

"Report"un məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub.

Prezidentin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov isə deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qəbul edilən qanunların sonradan təkmilləşdirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra konfrans çıxışlarla davam edib.

Sonda DQİDK-nin dini icma üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan etdiyi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.  

Son xəbərlər

Orphus sistemi