QMİ-nin sədr müavini: "Həyat bilgisi" dərsliyində İslam dini şagirdlərə düzgün şəkildə çatdırılmır"

QMİ-nin sədr müavini: "Həyat bilgisi" dərsliyində İslam dini şagirdlərə düzgün şəkildə çatdırılmır" Biz bu məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etsək də, hələlik nəticə yoxdur"
Din
29 Noyabr , 2016 13:32
QMİ-nin sədr müavini: Həyat bilgisi dərsliyində İslam dini şagirdlərə düzgün şəkildə çatdırılmır

Bakı. 29 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda orta məktəblərin IV sinfində tədris olunan "Həyat bilgisi" dərsliyində şagirdlərə İslam dini düzgün, məntiqli şəkildə çatdırılmır". 

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), QMİ və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda təşkil olunan treninqdə deyib.

Onun sözlərinə görə, kitabda namaz qılan insan şəklinin altında müsəlman yazılıb: "Bu, doğru deyil, tamamilə məntiqsiz yanaşmadır. Namaz qılmayanlar müsəlman deyilmi? Müsəlmanlar yalnız namaz qılan vəziyyətdəmi göstərilməlidir? Adam var oruc tutmur, namaz qılmır. Bununla İslamdan çıxmış sayılmır. Ona görə də şagirdlərə din düzgün tədris olunmalıdır. Biz bu məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etsək də, hələlik nəticə yoxdur".

F.Nurullah bildirib ki, dini bilgilər aşağı yaşlardan verilməlidir: "Bakı İslam Universitetinə bəzən elə tələbələr gəlir ki, dini bilgisi olmur. Bu yaşdan sonra ona dini bilgilərin öyrədilməsi çətin olur, problem yaranır".

Son xəbərlər

Orphus sistemi