Yuxarı

Həcc ziyarətində ölən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO

Qubadlı rayonunun Dondarlı kənd sakini, məcburi köçkün Fəxrəddin Oruc oğlu Zeynallı Xırdalan şəhərində məskunlaşıbmış

Bakı. 25 sentyabr. REPORT.AZ/ Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvarla bağlı bəzi təfərrüatlar məlum olub. "Report"un məlumatına görə, Qubadlı rayonunun Dondarlı kənd sakini, məcburi köçkün Fəxrəddin Oruc oğlu Zeynallı Xırdalan şəhərində məskunlaşıbmış.

Mərhum 1954-cü ildə anadan olub. 3 oğul və 1 qız atasıdır. F.Zeynallı su idarəsində işləyirmiş. 

F.Zeynallının yas mərasimi sentyabrın 29-da Sumqayıtda keçiriləcək.

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi