Yuxarı

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır - FOTOLAR

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır
© Report

Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan azərbaycanlı zəvvarların səhhəti yaxşıdır.

“Report”un məlumatına görə, Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaqlar.

Avqustun 11-də bütün zəvvarlar qurbanlar kəsəcəklər. Avqustun 11-12-13-də isə "Şeytan daşlama" mərasimi icra olunacaq.

Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il azırbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi