Yuxarı
    Bağlamaq

    ​Həcc ziyarəti zamanı ölən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək

    Qafqaz Müsəlmanları İdarəsi kompensasiyanın məbləğini açıqlayıb

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək. 

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

    QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək". 

    Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi