Yuxarı

​Hadı Rəcəbli: “25 min nikahdan kənar uşağın doğulması o deməkdir ki, xalqın mənəvi dəyərlərinə əməl etmirik”

Bu məsələlərdə maarifləndirici tədbirlər həyata keçirmək lazımdır

Bakı. 28 noyabr. REPORT.AZ/ "Keçən il Azərbaycanda 25 min uşaq nikahdan kənar doğulub". "Report"un məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

Milli Məclisin deputatı bildirib ki, ümumilikdə, nikaha girənlərin 11%-nin boşanma faktı qeydə alınıb: "İnsanlarımız dində radikallıq axtarırlar. Bu, düzgün yanaşma deyil. Dində mənəvi dəyərlər axtarmaq lazımdır. 25 min nikahdan kənar uşağın doğulması o deməkdir ki, xalqın mənəvi dəyərlərinə əməl etmirik. Bu məsələlərdə maarifləndirici tədbirlər həyata keçirmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi