Yuxarı

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər - FOTO

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər

Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar.

“Report” xəbər verir ki, müqəddəs Həcc ziyarətinin bütün əməllərini bitirən azərbaycanlı hacılar avqustun 18-də Mədinə şəhərinə gedəcəklər. Orada üç gün qaldıqda Mədineyi-Münəvvərə şəhərindəki Məscidi-Nəbəvib və Bəqi qəbiristanlığında olacaqlar.

Hacıların ilk qrupu avqustun 21-i Bakıya yola düşəcəklər. Həmin gün Bakıya ümumilikdə üç reys nəzərdə tutulub.

Hacıları Vətənə gətirəcək ilk təyyarə reysi Səudiyyə Ərəbistanından Bakı vaxtı ilə saat 10.00-da yola düşəcək. Təyyarə saat 14.20-də Heydər Əliyev beynəlxalq hava limanında olacaq.

Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində 1 və ya iki dəfə planlaşdırılır.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi