​Hacı Qalib: “Naibim sağdır”

​Hacı Qalib: “Naibim sağdır” “Mənim naibim bütün respublikada tanınmış adamdır”
Din
28 Sentyabr , 2015 10:51
​Hacı Qalib: “Naibim sağdır”

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı ölən zəvvarlar arasında mənim naibim yoxur". Bunu "Report"a deputat Qalib Salahzadə deyib.

O, naibinin səhhətinin yaxşı olduğunu bildirib: "Mənim naibim bütün respublikada tanınmış adamdır. Hər gün iki dəfə naibimlə əlaqə saxlayıram. O, mənim əvəzimə ziyarəti davam etdirir, əsas vacib əməlləri yerinə yetrib. Səhhətində də heç bir problemi yoxdur".

Qeyd edək ki, Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıdıb. Ziyarəti davam etdirmək üçün isə naib tutub.

O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib. Deputat bildirib ki, həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması adının YAP-ın namizədləri siyahısına düşməməsi ilə bağlı deyil.

Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

Son xəbərlər

Orphus sistemi