Yuxarı

Hacı Allahşükür Paşazadə: "Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil"

Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur

Bakı. 18 iyul. REPORTAZ/ “Azərbaycan həqiqətən tolerant ölkədir. Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda müsəlmanların birliyi var, sünni və şiə məzhəbinə aid olanlar birlikdə namaz qılırlar: “Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlət şərait yaradıb, bünövrəsini də Heydər Əliyev qoyub. İndi isə bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Dövlət xalqın mənəvi dirçəlişi üçün böyük işlər görüb”.

QMİ sədri islam dini adından törədilən müharibələrin də qəbulolunmaz olduğunu qeyd edib: “Bilirsiz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər. İslam dini adından istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası qarşıdurmanı qəbul etmir. Biz dünyada bərabərliyin, sülhün, tərəfdarıyıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi