Yuxarı
    Bağlamaq

    Hacı Ramin İgidov: "Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin ləğvi təklifləri əsassızdır"

    Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstanda İslam, pravoslav, yəhudi və digər dini icmalarla dövlət arasında bir vasitəçidir

    Tbilisi. 14 dekabr. REPORT.AZ/ "Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin ləğvi barədə irəli sürülən təkliflərin heç bir əsası yoxdur. Bu cür bəyanatlar ölkədə dinlə dövlət arasında münasibətləri pozmağa yönəlmiş addımdır”.

    Bu fikirləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri Hacı Ramin İgidov bildirib.

    Onun sözlərinə görə, Gürcü Müsəlmanları İttifaqı adlanan bir qurumun və ya hər hansı bir sektanın Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin ləğvini tələb etməsi əsassızdır: “Rusiyada, Azərbaycanda, eləcə də digər bir sıra Avropa ölkələrində olduğu kimi, Gürcüstanda da din dövlətdən ayrıdır. Lakin bu, o demək deyil ki, cəmiyyət üçün vacib olan bu iki institut arasında əlaqə yaradan təşkilat olmamalıdır. Dini Məsələlər üzrə Dövlət Agentliyi Gürcüstanda İslam, pravoslav, yəhudi və digər dini icmalarla dövlət arasında bir vasitəçidir”.

    R.İgidov deyib ki, Dövlət Agentliyi dini icmaların arzu və istəklərini, problemlərini hökumətə çatdırır, onların həllinə yardım göstərir: "Son bir neçə ildə məhz bu agentliyin köməyi ilə 150 məscid sənədləşdirilərək müsəlmanlara verilib. Bir o qədər də məscidin sənədləri hazırlanır. Dini Məsələlər üzrə Dövlət Agentliyinin vasitəçiliyi ilə məscidlər, kilsə və məbədlər təmir, bərpa olunur. Hər il dövlət büdcəsindən dini icmalara maliyyə yardımları ayrılır. Bütün bunlar Dini Məsələlər üzrə Dövlət Agentliyinin birbaşa vasitəçiliyi ilə həyata keçirilir. Ona görə də hesab edirik ki, Dini Məsələlər üzrə Dövlət Agentliyi olmalıdır və belə bir qurumun bağlanması ilə bağlı fikirlərin heç bir əsası yoxdur”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi