Yuxarı
    Bağlamaq

    Gürcüstan Müsəlmanları İdarəsinə sədr seçkisi keçirilib

    Dinlə
    © Reprot — GMİ-nin sədri şeyx Hacı Ramin İgidov

    Tbilisi. 24 dekabr. REPORT.AZ/ Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib.

    “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, toplantıda GMİ-nin hazırkı sədri Şeyx Hacı Ramin İgidov 16 səslə növbəti 5 il müddətinə qurumun sədri seçilib.

    İdarənin rəhbəri vəzifəsinə R.İgidovla yanaşı, Rahid KərimovNamiq Hüseynov da namizəd olublar.

    Səsvermədə idarənin Ali Dini Çurasının 21 üzvündən 17-si iştirak edib.

    Qeyd edək ki, GMİ 2011-ci ildə yaradılıb. R.İgidov 2013-cü ildən idarənin sədri vəzifəsini yerinə yetirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi