Gündüz İsmayılov: "Din pərdəsi altında gizlənmiş qüvvələrin real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalıdır"

Gündüz İsmayılov: "Din pərdəsi altında gizlənmiş qüvvələrin real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalıdır" Zərdabda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib
Din
16 İyun , 2017 19:27
Gündüz İsmayılov: Din pərdəsi altında gizlənmiş qüvvələrin real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalıdır

Bakı. 16 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev ölkəmizdə dinə dövlət qayğısından bəhs edib. 

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında qeyd edib ki, din pərdəsi altında gizlənmiş məkirli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalı, hədəf düzgün müəyyənləşdirilməlidir: "Təxribatçı qüvvələrin, qanunu pozan radikal dini qrupların dövlətçiliyimizə və milli maraqlarımıza zidd fəaliyyətini zərərsizləşdirmək qarşımızda duran mühüm vəzifələrdən biri, bəlkə də, birincisidir. Bu baxımdan dövlətçiliyimizi və milli-mənəvi irsimizi qorumaq, eləcə də təbliğ etmək sözügedən istiqamətdə iş aparmaq dövlət qurumları ilə yanaşı, həm də dini icmaların, ictimai təşkilatların, ümumiyyətlə, hər bir vətəndaşın başlıca vəzifəsi olmalıdır".

O deyib ki, müsəlman aləminin inkişafına mane olan amillərdən və ciddi problemlərimizdən biri dinin siyasiləşdirilməsi cəhdidir: "Belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır."

Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi