Yuxarı

​Gallup International: Roma papası Azərbaycanda tanınmır

Pontifik Tunis, Türkiyə və Əlcəzairdə də az məşhurdur

Bakı. 24 mart. REPORT.AZ/ Roma papası Fransisk bütün dünya liderlərindən məşhurdur.

"Report" xəbər verir ki, bu barədə "Gallup International" tərəfindən aparılan sorğunun nəticələri deməyə əsas verir.

Belə ki, pontifikin indeksi (müsbət və mənfi qiymətləndirmələr arasında fərq) +41 təşkil edib. ABŞ prezidenti Barak Obamada bu göstərici +30, Almaniya kansleri Angela Merkeldə +13, Britaniya baş naziri Devid Kemeronda +10, Fransa prezidenti Fransua Ollandda isə +6-a çatıb.

Sorğulanan katoliklərin 85 faizi, yəhudilərin 65 faizi, həmçinin protestant və ateistlərin yarıdan çoxu papaya qarşı müsbət münasibətdə olduqlarını bildiriblər.

Azərbaycan respondentləri Roma katolik kilsəsinin rəhbəri haqqında az bildiklərini söyləyiblər.

Pontifikə ən yaxşı yanaşma Filippində qeydə alınıb. Orada respondentlərin 93 faizi papaya rəğbətini bildirib. Tunis, Türkiyə və Əlcəzairdə isə pontifik daha az məşhurdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi