Yuxarı
    Bağlamaq

    ​"Fitnə" sənədli filmi Ağcabədidə nümayiş etdirilib

    Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib

    Bakı. 10 iyun. REPORT.AZ/ Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Laçın rayon Təhsil şöbəsində “Fitnə” sənədli filminin nümayişi olub.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Laçın rayon Təhsil şöbəsinin müdir əvəzi Adil Alıyev, Laçın Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı sektorunun müdiri Pərviz Sevdimalıyev rayon dindarları və ziyalılar iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan A.Alıyev film barədə məlumat verib.

    C.Əvəzzadə çıxışı zamanı deyib ki, dövlət tərəfindən dini radikalizmlə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri əksini tapıb.

    Sonda “Fitnə” sənədli filmi nümayiş etdirilib.        

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi