Yuxarı

​Fevralın 26-da Azərbaycanın bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunacaq

Şəhidlərin şəninə Quran oxunacaq və ruhları üçün dualar ediləcək

Bakı. 25 fevral. REPORT/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə fevralın 26-da Azərbaycanın bütün məscidlərində Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq və ruhları üçün dualar ediləcək. Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir. Allah Vətənimizi hifz etsin! 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi