Fazil Mustafa: “Dini təbliğat kriminal iş deyil”

Fazil Mustafa: “Dini təbliğat kriminal iş deyil” Siyavuş Novruzov: “Aşura günündə insanlar məscidlərə gələrək öz bildikləri formada dini ayinləri icra edirdilər”
Din
24 Aprel , 2017 12:03
Fazil Mustafa: “Dini təbliğat kriminal iş deyil”

Bakı. 24 aprel. REPORT.AZ/ “Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa “Dini etiqad azadlığı haqqında” qanunun müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması imkan verir ki, onların da potensialından istifadə edilsin: “Qanun layihəsinə təklif olunan dəyişikliklərin müəyyən mənada cilalanmasına ehtiyac var. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs “Quran”a, İncilə və digər dini kitaba istinad edərək dini təbliğat apara bilər. İki nəfər arasında dini mübahisəyə görə kimisə məsuliyyətə cəlb etmək insanların hüquqlarına zidd addım olar”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Aşura günündə insanlar məscidlərə gələrək öz bildikləri formada dini ayinləri icra edirdilər: “Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər ərzində apardığı tədbirlər sayəsində bu halların böyük əksəriyyətinin qarşısı alınıb. Bununla yanaşı, dini atributların istənilən yerdən asılmasına qadağan qoyulmasının nəticəsi olaraq bu məsələnin böyük hissəsi həll edilir”.

Son xəbərlər

Orphus sistemi