Yuxarı
    Bağlamaq

    DQİDK sədrinin müavini: “Qazaxda və Şimal-Qərb bölgəsində Ramazan təqvimi ilə bağlı anlaşılmazlıq olub”

    “Rəsmi din xadimləri tərəfindən təqvimin pozulmasına yol verilməyib”

    Bakı. 21 iyun. REPORT.AZ/ “Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin müəyyənləşdirdiyi konkret təqvim var. Bununla bağlı monitorinqlər keçiririk”.

    “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov deyib.

    O bildirib ki, indiyədək təqvimlə bağlı ciddi pozuntu aşkar edilməyib: “Düzdür, bəzi anlaşılmazlıq olub, amma bu, pozuntu deyil. Belə izah edirlər ki, təqvimi əldə edə bilməyiblər. Anlaşılmazlıq Qazaxda və Şimal-Qərb bölgəsində olub. Hazırda monitorinqlərimizi davam etdiririk. Qeyd edim ki, rəsmi din xadimləri tərəfindən təqvimin pozulmasına yol verilməyib. Bu, müəyyən qruplar tərəfindən olub”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi