​DQİDK-nin sədr müavini Astarada məscidlərə kitablar hədiyyə edib

​DQİDK-nin sədr müavini Astarada məscidlərə kitablar hədiyyə edib Səyavuş Heydərov "Hacı Teymur Cümə" və "Cümə" məscidlərində dindarlarla görüşüb
Din
3 İyun , 2016 21:19
​DQİDK-nin sədr müavini Astarada məscidlərə kitablar hədiyyə edib

Bakı. 3 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" və "Cümə" məscidlərində dini icma sədrləri və dindarlarla görüşüb.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədr müavini Pensər kəndindəki tolerantlığın fərqli məzhəblərin nümayəndələri arasındakı vəhdətə nümunə olduğunu bildirib. S.Heydərov qeyd edib ki, Azərbaycanda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə örnək ola biləcək bir ölkədir. Görüş zamanı o da bildirilib ki, xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması Azərbaycanın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil edir.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov hər iki məscidə kitablar hədiyyə edib. 

Son xəbərlər

Orphus sistemi