DQİDK ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında memorandum imzalanıb

DQİDK ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında memorandum imzalanıb Sənədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şuranın sədri, millət vəkili Azay Quliyev imza atıb
Din
17 Dekabr , 2014 12:55
DQİDK ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında memorandum imzalanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında birgə fəaliyyət məqsədi ilə memorandum imzalanıb.

"Report" xəbər verir ki, memorandum Şuranın Dövlət Komitəsi ilə birgə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb. Memorandum sənədinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şuranın sədri, millət vəkili Azay Quliyev imza atıb.

Son xəbərlər

Orphus sistemi