Yuxarı

Dövlət müşaviri: “Prezident 2016-cı ili “Multikulturalizm ili” elan etməklə dünyaya çox aydın bir mesaj göndərib”

Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb

Bakı. 9 fevral REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb.

“Report”un məlumatına görə, K.Abdullayev bildirib ki, Azərbayacan Prezidenti İlham Əliyevin yay məktəbinin işləri ilə tanış olduqdan sonra qış məktəbinin də təşkil olunması üçün tapşırıq verib.

K.Abdullayev deyib ki, bu gün dünyanın məhəbbət, mərhəmət və şəfqətə çox böyük ehtiyacı var: “Azərbaycan Prezidenti İlham Əliyev bu ili “Multikulturalizm ili” elan etməklə əslində dünyaya aydın bir mesaj göndərib”.

Qeyd edək ki, BBMM-in təşkil etdiyi qış məktəbi fevralın 8-dən 15-dək davam edəcək. Qış məktəbinə dünyanın müxtəlif ölkələrindən tələbələr və mütəxəssislər qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi