Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb

Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb Görüşdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb
Din
8 Sentyabr , 2016 20:52
Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yəhudilərin Azərbaycanda 2500 ildir məskunlaşdığını, adət-ənənələrini qoruyub saxladıqlarını deyən Mübariz Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq vurğulayıb.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfər proqramlarının geniş olduğunu, çoxsaylı görüş və tədbirlər keçirdiklərini bildirərək bu müddət ərzində ölkəni yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu deyib.

Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, İsveçrə Yəhudi İcmaları Federasiyası ilə əməkdaşlıq məsələsi müzakirə olunub.

Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterə və qonaqlara Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib. 

Son xəbərlər

Orphus sistemi