Dövlət Komitəsinin sədri: "Azərbaycanda məzarlıqlarla bağlı qərarda dəyişikliklər ediləcək"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda məzarlıqlarla bağlı qərarda dəyişikliklər ediləcək" "Məzarlıqlarla bağlı qanun deyil, qərar qəbul ediləcək"
Din
18 May , 2016 11:19
Dövlət Komitəsinin sədri: Azərbaycanda məzarlıqlarla bağlı qərarda dəyişikliklər ediləcək

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycanda məzarlıqlarla bağlı İqtisadiyyat Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı qərar lahiyəsi Nazirlər Kabinetinə təqdim olunub və layihəyə baxılıb". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, layihədə müəyyən düzəlişlər edilib və hazırda ekspertlər həmin düzəlişlər üzərində işləyirlər.

Onun sözlərinə görə, bu günlərdə Nazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib: “Qərar lahiyəsinin üzərində aparılacaq işlər barəsində əlavə tapşırıqlar verilib və ekspertlər onun üzərində işləyirlər. Bu qanun olmayacaq. Nazirlər Kabineti tərəfindən məzarlıqlarla əlaqədar verilən bir qərar layihəsi olacaq. Bu layihədə mövcud qərar layihəsindən fərqli olaraq yenilklər var və yeni qərarın verilməsinə ehtiyac var”.  

Son xəbərlər

Orphus sistemi