Dövlət Komitəsinin sədri: "Azərbaycanda dindarların həbsi ilə bağlı yayılan hesabatların heç bir əsası yoxdur"

Dövlət Komitəsinin sədri: "Azərbaycanda dindarların həbsi ilə bağlı yayılan hesabatların heç bir əsası yoxdur" Bakı. 24 may. REPORT/ ABŞ-ın Dini Etiqadlar Komissiyasının Azərbaycanda din xadimlərinin həbsi ilə bağlı yaydığı hesabatların heç bir əsası yoxdur.
Din
24 May , 2018 10:48
Dövlət Komitəsinin sədri: Azərbaycanda dindarların həbsi ilə bağlı yayılan hesabatların heç bir əsası yoxdur
Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT/ "ABŞ-ın Dini Etiqadlar Komissiyasının Azərbaycanda din xadimlərinin həbsi ilə bağlı yaydığı hesabatların heç bir əsası yoxdur".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə qorunur: "Əvvəllər qeydə alınan iki-üç faktı indi baş verən hadisə kimi qələmə verirlər. Bu gün ölkədə dini fəaliyyətə və etiqada görə təqib yoxdur. Əgər bu və ya digər şəxs məhkəmə hökmü ilə cəzalandırılıbsa, həbs olunubsa, deməli, hansısa əməli olub. Yəni bunu birbaşa dinlə bağlamaq olmaz".

Son xəbərlər

Orphus sistemi