Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib Bir çox müraciətlər yerindəcə həll olunub
Din
28 Sentyabr , 2016 13:02
Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu şəhərində Ağsu, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən qəbulda 20 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar bu icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma, “Quran” kurslarının təşkili, məscidlərin təmiri və s. məsələlərlə bağlı olub.

Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi