Bakı. 23 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.