Yuxarı

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edəcək
Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalibiyyə küç, H.Əliyev parkı) saat 10:00-da başlayacaq. 

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi