Dövlət Komitəsinin sədr müavini tələbələri dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb

Dövlət Komitəsinin sədr müavini tələbələri dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb Azərbaycan Dövlət Pedaqoji Kollecində dini radikalizmlə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib
Din
9 İyun , 2017 19:34
Dövlət Komitəsinin sədr müavini tələbələri dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Kollecində “Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici xarakterli seminar-müşavirə keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə öncə DQİDK-nın sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Q.Novruzov tələbələrə radikal dini təsirlərə düşməmək və zərərli dini cərəyanlara qoşulmamaq üçün daha diqqətli olmağı tövsiyə edib.

S.Heydərov dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edib. Dövlət Komitəsi sədrinin müavini Yaxın Şərqdə gedən proseslərə nəzər salaraq, dünyada aparıcı güclərin geosiyasi maraqlarını təmin etməsi üçün din amilindən istifadə etdiklərini də diqqətə çatdırıb. Natiq vurğulayıb ki, bəzi qüvvələr sülh dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. S.Heydərovun sözlərinə görə, bəzi dairələr tərəfindən radikal yönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına da cəhdlər edilir. Lakin ölkəmizin müvafiq qurumları tərəfindən bu cür cəhdlərin qarşısı qətiyyətlə alınır. DQİDK-nın sədr müavini bu baxımdan gələcəyin müəllimləri olan tələbələrin ayıq-sayıqlığının artırılmasının və müəyyən bilgilərə yiyələnmələrinin, eyni zamanda onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb. 

O, tələbələri daha məsuliyyətli və diqqətli olmağa çağırıb. S.Heydərov vurğulayıb ki, gənclər yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər. O, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən və dövlət-din münasibətlərindən danışıb. 

Son xəbərlər

Orphus sistemi