​Dövlət Komitəsinin sədr müavini: “Elçin Qasımov və digərləri dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər ediblər”

​Dövlət Komitəsinin sədr müavini: “Elçin Qasımov və digərləri dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər ediblər” “Onlar rəsmi din xadimləri və dini icma üzvləri deyillər”
Din
6 Noyabr , 2015 13:40
​Dövlət Komitəsinin sədr müavini: “Elçin Qasımov və digərləri dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər ediblər”

Bakı. 6 noyabr. REPORT.AZ/ Ötən gün Bakının Sabunçu rayonunda bir qrup dindarla polis arasında baş verən insidentə rəsmi münasibət bildirilib. “Report”un xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, noyabrın 5-də rəsmi qeydiyyatdan keçməmiş və “Müsəlman Birliyi Hərəkatı” adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb: “Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər - çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur”.  

Son xəbərlər

Orphus sistemi