​Dövlət Komitəsində Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib

​Dövlət Komitəsində Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib Azərbaycandakı zəngin multikultural və tolerant ənənələri müzakirə olunub
Din
19 Fevral , 2016 15:25
​Dövlət Komitəsində Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədrinin müavini Gündüz İsmayılov yəhudi, rus, tatar, ukrayna, yunan, polşa, kazak kimi icmaların gənclər təşkilatlarının sədrlərindən ibarət Koordinasiya Şurasının üzvlərinə DQİDK-nın fəaliyyəti, Azərbaycanda mövcud dini durum, tolerant və multikultural mühit barədə məlumat verib.

G.İsmayılov qeyd edib ki, tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dostluq və qardaşlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilmədən müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində fəaliyyət göstəriblər. Azərbaycandakı zəngin multikultural və tolerant ənənələrdən konkret nümunələri görüş iştirakçılarının diqqətinə çatdıran G.İsmayılov Azərbaycan hökumətinin əsas məqsədlərindən biri tarixən formalaşan bu ənənələri daha da inkişaf etdirmək, həmçinin, tolerantlığı və dinlərarası dialoqu beynəlxalq aləmdə təbliğ və təşviq etmək olduğunu bildirib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasının yaranma səbəblərindən danışıb. 
N.Xələf qeyd edib ki, onlar Azərbaycanın multikultural və tolerant dəyərləri ilə dünyada nümunə ölkə olduğunu əsas götürərək, AGAT olaraq 16 noyabr 2009-cu ildə Beynəlxalq Tolerantlıq Günündə Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası  yaradılıb və ötən müddət ərzində fəaliyyətləri ilə bu ideyanın nə qədər uğurlu olduğunu təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi