​Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

​Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib "20 Yanvar hadisələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səlnaməsi kimi daxi olub"
Din
19 Yanvar , 2016 15:38
​Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Report"a Komitədən məlumat verilib.

Məlumatda bildirilib ki, Komitə sədri Mübariz Qurbanlı 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səlnaməsi kimi daxil olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.

Tədbirdə çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, 26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.

Tədbirdə Qafqaz Müsəlmanlari İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycan Respublikası Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, "Həyat Sözü" protestant dini icmasının başçısı Rasim Xəlilov da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi