Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab buraxıb

Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab buraxıb Nəşr Nardaran və nardaranlılar barədə ensiklopedik xarakter daşıyır
Din
30 Yanvar , 2017 20:31
Dövlət Komitəsi Nardaran və nardaranlılar” adlı kitab buraxıb

Bakı 30 yanvar. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən çap edilən kitabın müəllifi Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayevdir.

Kitab Bakının ən qədim kəndlərindən olan Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər, dəyərli alimlər, o cümlədən tarixçilər, şair və yazıçılar, din xadimləri, sənətçilər haqqındadır. Nəşr Nardaran və nardaranlılar barədə məlumat toplusu olub ensiklopedik xarakter daşıyır. Kitab oxucuya bu kəndin yetirməsi olan görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı dövrün ab-havasını, ruhunu hiss etmək, həyat və yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.

Nəşr, həmçinin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verir. 

Son xəbərlər

Orphus sistemi