Yuxarı
    Bağlamaq

    ​Dövlət Komitəsi məscidlərdə kameralar yerləşdirilməsi məsələsinə aydınlıq gətirib

    Dövlət Komitəsi sədrinin birinci müavini: Kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək

    Bakı. 12 fevral. REPORT.AZ/ "Təəssüf ki, bəzi insanlar məscidlərə kamera qoyulması ilə bağlı məlumatı, bu prosesi yanlış başa düşürlər".

    Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

    O qeyd edib ki, kameraların məscidlərin daxilində quraşdırılacağı haqda deyilənlər həqiqət deyil: "İnsanlar elə başa düşürlər ki, kameralar məscidin içərisində yerləşdiriləcək, imam və axundların xütbə və moizələrinə qulaq asılacaq. Bu, qətiyyən belə deyil. Bəli, məscidlərdə veb-kameralar quraşdırılacaq. Amma kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək. Bu kameraların yerləşdirilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlərinə daxil olan məsələdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi