Bakı. 5 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi özünü dövlət komitəsinin əməkdaşı kimi təqdim edən İrşad Hüseynovla bağlı açıqlama yayıb.
Komitədən "Report"a verilən xəbərə görə, İ.Hüseynov bəzi KİV-lərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul katib vəzifəsində çalışan şəxs kimi təqdim olunub və bununla bağlı bəzi məlumatlar dərc edilib.
Komitədən bildirilib ki, qurumda sözügedən vəzifə ştatı ümumiyyətlə mövcud deyil: "Dövlət Komitəsinin Aparatında, həmçinin bölgə şöbələrində İrşad Hüseynov adlı şəxs çalışmır".