Yuxarı

Dövlət Komitəsi QMİ-nin azan təqviminə istinad etmələri üçün televiziyalara müraciət edəcək

Komitə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə qanvermə aksiyası ilə bağlı təşviqat aparacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birgə Məhərrəm ayında qanvermə aksiyası ilə bağlı təşviqat aparacaq. “Report”un xəbərinə görə, bu barədə QMİ-də keçirilən tədbirdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.

O bildirib ki, DQİDK, həmçinin namaz, azan vaxtlarının açıqlanmasında yalnız QMİ-nin təqviminə istinad etmələri ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən KİV-lərə, o cümlədən televiziyalara müraciət edəcək.

Sədr müavini onu da bildirib ki, Məhərrəm ayında ölkədəki məscidlərdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün monitorinqlər aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi