Yuxarı
    Bağlamaq

    Dövlət Komitəsi 14 dini icma üçün “Khazar SD” markalı avtomobillər alıb

    Dinlə

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. 

    Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. 

    Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

    Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

    Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodunda elektromobil avtomobillərin istehsalına hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi