Yuxarı
    Bağlamaq

    Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub

    Ölkədə hazırlanan dini ədəbiyyatlardan üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığı üçün nəşri məqsədəuyğun sayılmayıb

    Bakı. 27 dekabr. REPORT.AZ/ “2016-cı il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini məzmunlu 1451 adda ədəbiyyata baxılıb, rəy verilib. Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsinə icazə verilməyib”.

    “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    O bildirib ki, ölkədə çap olunmaq məqsədiylə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığı üçün nəşri məqsədəuyğun sayılmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi