Komitə sədri: "Azərbaycanla İran dini radikalizmə qarşı birgə mübarizə üçün layihələr hazırlayır"

Komitə sədri: "Azərbaycanla İran dini radikalizmə qarşı birgə mübarizə üçün layihələr hazırlayır" Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib
Din
15 May , 2015 14:55
Komitə sədri: Azərbaycanla İran dini radikalizmə qarşı birgə mübarizə üçün layihələr hazırlayır

Bakı. 15 may. REPORT.AZ/ "Azərbaycanla İran dini radikalizmə qarşı mübarizədə birgə layihələr hazırlayır". "Report"un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşündə deyib. 

Komitə sədri bildirib ki, iki ölkə dini radikalizmə və ekstremizmə qarşı birgə mübarizə, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətini genişləndirmək istiqamətində birgə layihələr üzərində işləyir. 

O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.

İran səfiri Möhsün Pakayin bu cür səfərlərin iki ölkə arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, Azərbaycanla İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.

Son xəbərlər

Orphus sistemi