Yuxarı

Dövlət Komitəsi Azərbaycan üzrə vahid namaz təqviminin tətbiqinə münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin qəbul etdiyi namaz vaxtına bütün ölkədə riayət olunmasını məqsədəuyğun sayır

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəriətlə bağlı məsələlərə müdaxilə etmir. İstər namaz vaxtları, istərsə də bayram namazlarının gününün və vaxtının təyin olunması birbaşa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətindədir". Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

"Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi namaz vaxtına bütün ölkədə riayət olunmasını məqsədəuyğun sayır və fəaliyyətini bu istiqamətdə qurur", - komitədən əlavə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi