Yuxarı

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılır

Parlament “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılır. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. 

Dəyişikliyə əsasən, qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti) qurumun səlahiyyətləri sırasına 12-ci və 13-cü abzaslar əlavə edilir.

Qanunun 12-ci abzasa görə, qurum eyni zamanda “nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparır.

Qanuna əlavə edilən 13-cü abzasa görə, qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir. 

Qeyd edək ki, dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi