Yuxarı
    Bağlamaq

    Komitə sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

    Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə və s. məsələlərlə bağlı olub

    Bakı. 24 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komitənin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

    Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi