Yuxarı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Komitənin yaradılmasının 15-ci ili tamam olur

Bakı. 21 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 15-ci ili tamam olur.

“Report”un xəbərinə görə, komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra Dövlət Komitəsinin rəhbərliyi və nümayəndələri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi