​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri Xocalı soyqırımın anıblar

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri Xocalı soyqırımın anıblar Ucar, Sumqayıt və Lənkəranda Xocalı faciəsi anlatılıb
Din
26 Fevral , 2016 20:38
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri Xocalı soyqırımın anıblar

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən Xocalı soyqırımına həsr olunmuş anım mərasimləri keçirilib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən dini icma rəhbərləri, imam, axund və din xadimlərinin iştirakı ilə Ucar şəhərində torpaqlarımızın bütövlüyü və vətənimizin müstəqilliyi uğrunda doğma canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılan abidə kompleksi, eləcə də şəhidlərimizin məzarları ziyarət edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, həmçinin, Ucar şəhəri Mədəniyyət Evində, Mədəniyyət və Turizm Nazirliyinin Ucar rayon Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə “Xocalını Unutmadıq!!! Unutdurmarıq!!!” mövzusunda tədbirdə iştirak ediblər.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşlarının iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Şirin Cəfərov Xocalı faciəsi barədə ətraflı məlumat verərək tariximizin ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc, əliyalın əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Ləj kənd icra nümayəndəliyində Xocalı faciəsinin anım mərasimində iştirak ediblər.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Aydın Məmmədov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, Lənkəran ŞİH başçısının Ləj kənd ərazi vahidliyi üzrə nümayəndəsi Bayram Cəfərov, şəhid Natiq Aslanov adına Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, Ləj kənd məscidinin axundu Samid Quliyev, şəhid ailələri, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi