Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib Bakı. 2 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. 
Din
2 Noyabr , 2017 20:03
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. 

Komitədən "Report"a verilən məlumata görə, müşavirədə DQİDK-nın sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. Səyyad Salahlı gündəlikdəki məsələlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir.

Gündəliyə uyğun olaraq, əvvəlcə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin məruzəsi dinlənilib. O, dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, dini icmalarla iş və dini maarifləndirmə istiqamətində şöbə tərəfindən hesabat dövründə 30-dan çox görüşün, seminar-müşavirənin, regional konfransın təşkil edildiyini diqqətə çatdırıb. Şöbə müdiri bölgədəki dini vəziyyətin öyrənilməsi, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla profilaktik və inzibati xarakterli işlər aparıldığını bildirib.

Daha sonra DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev şöbənin əhatə etdiyi rayonlarda dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin dinlə bağlı siyasətinin həyata keçirilməsi sahəsindəki görülən işlər haqqında məruzə ilə çıxış edib. N.Əfəndiyev, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilən maarifləndirici, təbliğat-təşviqat xarakterli tədbirlər barədə də danışıb.

Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov məruzəsində bölgədəki dini durumun daim nəzarətdə saxlanıldığını vurğulayıb. Şöbə tərəfindən müvafiq qurumlarla birgə dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın bölgədə təbliğinə cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar haqqında məlumat verib.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi