Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib Müşavirədə Dövlət Komitəsinin sədri, sədrin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər
Din
7 Oktyabr , 2015 19:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib.

DQİDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə çıxış edən komitənin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verməklə yanaşı, qurumun məsuliyyətini də artırır. Eyni zamanda, göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və komitə bu fəaliyyətini ardıcıl olaraq davam etdirməlidir.

Müşavirədə komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Məhərrəm ayının başlanması ilə əlaqədar qəbul edilən tədbirlər planı haqqında məlumat verib. Bildirilib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.

Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.

Müşavirədə Dövlət Komitəsinin sədri, sədrin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi